Mavriki Prezidenti İçərişəhərdə oldu

Mavriki Prezidenti İçərişəhərdə oldu
11:43

Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib.

Bu barədə News365.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.


Sizin reklam burada
Sizin reklam burada