Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın güclü şəkildə davam etdiyini vurğulayıblar.
News365.az-ın LeFigaro.fr-yə istinadən verdiyi məlumata görə, görüş ABŞ prezidenti Donald Trampın Çinlə münasibətlərdə gərginliyin azaldılması təşəbbüsündən qısa müddət sonra baş tutub.
Yayılan kadrlarda Vladimir Putinin Pekində yerləşən “Böyük Xalq Yığıncaqları Zalı”nda rəsmi mərasimlə qarşılandığı əks olunub. Liderlərin danışıqları fonunda Moskva və Pekinin siyasi və iqtisadi əməkdaşlığı daha da gücləndirmək niyyətində olduqları mesajı verilib.