“Cəngəllik qanunlarına qayıda bilərik”

“Cəngəllik qanunlarına qayıda bilərik”
11:50

Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin birgə bəyanatla çıxıb ediblər.

News365.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

Çin lideri hazırda dünyada yaranmış vəziyyəti “narahat” adlandırıb.

“Birtərəfli hərəkətlərin və hegemonluğun vurduğu ziyan həddini aşıb. Cəngəllik qanunlarına qayıdış təhlükəsi var”, - o deyib.

Bundan əlavə, Si Cinpin Çin və Rusiyanın əsas maraqlar və mühüm məsələlərdə bir-birini dəstəkləməyə davam edəcəyini bəyan edib. O, iki ölkə arasında münasibətlərin nə ittifaq, nə də qarşıdurma xarakteri daşıdığını və heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini qeyd edib. 


Sizin reklam burada
Sizin reklam burada