Fransada maska bazarı hərəkətə gəldi: satışlar rekord həddə

Fransada maska bazarı hərəkətə gəldi: satışlar rekord həddə
10:10

Fransada Hantavirusla bağlı yaranan narahatlıq qoruyucu vasitələrə, xüsusilə FFP2 maskalarına tələbatın kəskin artmasına səbəb olub. Son günlər ölkədə maska satışlarında nəzərəçarpacaq yüksəliş qeydə alınıb.

“LeFigaro.fr”-ə istinadən News365.az xəbər verir ki, son üç gün ərzində Fransada təxminən 15 min qutu FFP2 maskası satılıb. Müqayisə üçün, əvvəlki dövrlərdə bu rəqəm həftəlik orta hesabla 2 400 qutu təşkil edirdi. Tələbatın artması bazarda qiymətlərə də təsir edib və maskaların bir qutusunun qiyməti 5 avrodan 7 avroya yüksəlib.

Fransa səhiyyə rəsmiləri vəziyyətin hazırda ciddi təhlükə yaratmadığını bildirsələr də, əhali arasında narahatlıq davam edir. Rəsmi məlumatlara görə, Hantavirusla təmas ehtimalı olan 26 nəfərin hamısında test nəticələri mənfi çıxıb və onlar tibbi nəzarət altında saxlanılır.

Mütəxəssislər bildirirlər ki, virusun 30-40 faiz ölüm göstəricisi və uzun inkubasiya dövrü insanların ehtiyatlı davranmasına səbəb olur. Bu səbəbdən bir çox vətəndaş pandemiya dövrünü xatırladan şəkildə yenidən maskalardan istifadə etməyə başlayıb.

Hazırda vəziyyət nəzarət altında olsa da, maska satışlarındakı artım cəmiyyətin mümkün sağlamlıq risklərinə qarşı həssaslığını göstərir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada