Ukraynada gecə hücumları: Bir neçə bölgə atəşə tutuldu

Ukraynada gecə hücumları: Bir neçə bölgə atəşə tutuldu
10:53

“LeMonde.fr”-ə istinadən News365.az xəbər verir ki, Rusiya ordusunun Dneprə endirdiyi gecə hücumu nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının məlumatına görə, yaralılardan beşi xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Eyni gecə Sumı vilayətinin Konotop şəhəri və ətraf əraziləri dron hücumuna məruz qalıb. Hadisə zamanı azı altı nəfərin yaralandığı bildirilir.

Bundan başqa, Zaporojye, Xarkov və Odessa bölgələrində də hava hücumları qeydə alınıb. Odessada yaşayış binaları, anbarlar və infrastruktur obyektlərinə ziyan dəyib. Zaporojyedə bir yaşayış evi dağılıb, Xarkovda isə ilkin məlumatlara əsasən ciddi insan itkisi qeydə alınmayıb.

Müvafiq qurumlar bölgələrdə vəziyyətin nəzarətdə saxlanıldığını və xilasetmə işlərinin davam etdiyini bildirirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada