Rusiyada polis bölməsinə hücum edən cinayətkar zərərsizləşdirilib. Bu barədə Telegram kanalları məlumat yayıb. Qeyd edilib ki, Bryansk vilayətinin Novozıbkov şəhərində sərxoş yerli sakini xidməti silahdan istifadə edən polis tərəfindən zərərsiləşdirilib. Cani idarəni çəkiclə dağıtmağa cəhd edib.
"Hadisə yanvarın 6-da günorta saatlarında baş verib, əvvəllər məhkum olunmuş 46 yaşlı yerli sakin evdən çəkic götürərək polis şöbəsinə gedib. O, giriş qapısını bir neçə dəfə vurub və içəri buraxılmasını tələb edib. Polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar", paylaşımda yazılıb.
İnternetdə yayılan videodan polis məmurlarından birinin havaya atəş açması, ikinci şəxsin isə caniyə arxadan hücum etməsı əka olunub.
Tural