"Bu xəstəlik 3-5 gün davam edir"- Təyyar Eyvazov

"Bu xəstəlik 3-5 gün davam edir"- Təyyar Eyvazov
08 Yan 2025 15:15

"İlk 48 saat ərzində xəstəliklərin yoluxuculuğu daha çoxdur".

News365.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

"İnsanın immun sistemindən və ya virusun növündən asılı olaraq əlamətlər müxtəlifdir:

"Ümumi əlamətlərə tənəffüs yollarının zədələnməsi, ümumi halsızlıq, iştahsızlıq, boğaz ağrısı aiddir".

İnfeksionist nəzərə çatdırıb ki, bu infeksiyaların kliniki əlamətləri çox oxşardır və gedişata görə xəstəliyi müəyyən etmək olar.

"Qripin daha çox rast gəlinən fəsadları pnevmaniya və meningitdir".


Youtube kanalımız