Avropa İttifaqı Trampı təhdidlərinə görə hədələdi

Avropa İttifaqı Trampı təhdidlərinə görə hədələdi
08 Yan 2025 15:32

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı(Aİ) ölkələrindən idxal olunan mallara rüsumların tətbiqi siyasətinə başlayarsa, Avropa İttifaqı cavab olaraq məhdudlaşdırıcı tədbirlər görə bilər.

Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejourne Bloomberg-ə müsahibəsində bildirib.

"Mən həmkarlarımla həm müdafiə, həm də hücum hərəkətlərini müzakirə etməyə hazıram",- o qeyd edib.

Sejourne cavab tədbirlərinə misal olaraq Aİ-nin də ABŞ-dən idxala tariflər tətbiq etməsi və Avropada biznesə dəstək üçün əlavə tədbirlər hazırlamaq imkanını qeyd edib.

Siyasətçi əlavə edib ki, o hələ də Trampı ticarət müharibəsinin Amerika bizneslərinə zərər verəcəyinə inandırmağa ümid edir.



Tural


Youtube kanalımız