Əsgərlərin və komandanlığın əhval-ruhiyyəsinin aşağı düşməsi, eləcə də kifayət qədər texnikanın olmaması hərbçiləri Fransada təlim keçmiş Kiyev Anna Kievskiy adına briqadadan fərariliyinə səbəb olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Mixail Drapatı Facebook sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Bir bölmənin icazəsiz ərazini tərk etməsi... Vəziyyət ağırdır”, - deyə o bildirib.
Drapatın sözlərinə görə, hərbi personal aşağı effektivlik və orta səviyyəli komandirlərin motivasiyasının olmaması ilə üzləşib. O, əlavə etdi ki, briqada çətin şəraitdə təlim keçib.
Xatırladaq ki, Fransa Müdafiə Nazirliyi Fransada təlim keçmiş bəzi ukraynalı əsgərlərin cəbhəyə getməməsi xəbərinin mətbuatda yer almasından sonra onlarla əsgərin fərarilik etdiyini təsdiqləyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural