İT mütəxəssisinin mənzilindən cəbbəxana çıxdı

İT mütəxəssisinin mənzilindən cəbbəxana çıxdı
08 Yan 2025 16:10

Rusiyada maraqlı hadisə baş verib. Moskvada yaşayan 35 yaşlı İT mütəxəssisinin mənzilində axtarış aparıldıqdan sonra o saxlanılıb. Bu barədə Sapa məlumat yayıb.

Telegram kanalının məlumatına görə, kişinin evində iki mindən çox patron tapılıbmış.

“Onların bəziləri zavod istehsalı, bəziləri isə şəxsin özü tərəfindən doldurulub. Aşkarlanan arsenalda Tokarev və Makarov tapançaları üçün patronlar, tüfənglər və ov tüfəngləri də var idi”, - nəşr yazıb.

Bundan əlavə, İT mütəxəssisindən digər silahlar, o cümlədən üç revolver götürülüb. Onların hamısı siqnal tipli olsa da silahın sahibi müstəqil şəkildə onları daha təhlükəli silahlara çevirib.

Tural


Youtube kanalımız