Anbardakı dəhşətli partlayışdan sonra 13 hərbçi yoxa çıxıb

Anbardakı dəhşətli partlayışdan sonra 13 hərbçi yoxa çıxıb
08 Yan 2025 13:05

Kubanın cənubunda yerləşən Holqin əyalətində hərbi anbarda baş verən partlayış nəticəsində bir neçə əsgər itkin düşüb. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə ölkənin İnqilabçı Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, 13 hərbçinin yeri naməlum olaraq qalır. Onların ailə üzvləri artıq baş verənlərdən xəbərdardır.

“Ölkənin hakimiyyət orqanları və silahlı qüvvələri mövcud vəziyyətdə onlara hər cür dəstək verir və hadisə yerində araşdırmaları davam etdirir”, - deyə məlumatda bildirilir.

Holqvin əyalətindəki anbarda partlayış yanvarın 7-də axşam baş verib. İlkin olaraq buna səbəb köhnəlmiş mərmilərin partlaması göstərilir. Bu hadisələrin fonunda anbara bitişik ərazilərdən 2 minə yaxın insan təxliyə edilib. Ölənlər barədə rəsmi məlumat verilməsə də, sosial şəbəkələrdə narahat olan vətəndaşların yaralıların müalicəsi üçün qan verməyə çağırışları yayılıb.

Tural


Youtube kanalımız