“O mahnı mənə 100 min qazandırdı” – Şəbnəm Tovuzlu

“O mahnı mənə 100 min qazandırdı” – Şəbnəm Tovuzlu
08 Yan 2025 17:55

“Cənnətimsən” mahnısı hələ də aktualdır. Gözəl mahnıdır, toylarda ən çox tələb görən mahnımdır.

News365.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib.

O, mahnısını bayağı adlandıranlara cavab verib:

“Bayağı deyil, insanların sevdiyi mahnıdır. Minlərlə insan sevirsə, ona bayağı deyə bilməzsiniz. Tələb gördüyü üçün o mahnı mənə qısa zamanda 100 mindən çox pul qazandırıb. O mahnıya görə toylara dəvət alıram. Deməli, insanlar sevir. Bu, mənə bəsdir”.


Youtube kanalımız