Britaniyada güclü qar fırtınası nəticəsində 30-a yaxın insan meyxanada qalıb. Bu barədə BBC məlumat yayıb.
"Güclü qar 28 böyük, həmçinin dörd yaşlı uşaq və bir iti Yorkşirdə 528 metr hündürlükdə olan, Böyük Britaniyanın ən hündür meyxanası sayılan "Tan Hill Inn"də "əsir" saxlayıb. Arktika küləkləri qarı gücləndirib şaxtaları isə -11°C-yə qədər endirib. Həftə sonu yeddi otaqlı meyxana otelinə gələn qonaqlar yolların bağlı olması səbəbindən oradan çıxa bilməyiblər",- nəşr yazıb.
Müəssisənin işçiləri qapalı binada qalan müştərilərə stolüstü oyunlar və viktorinalar təklif ediblər. Meyxananın meneceri Nikola Xeyz işçilərinin bu müddət ərzində qonaqlara qayğı göstərmək üçün günlərlə işlədiyini söyləyib: "İnsanlar müsbət əhval-ruhiyyədə qalırlar, vaxtlarını rəqs edərək və mahnı oxumaqla keçirirlər. Onlar yaxın günlərdə müəssisəni tərk etməyə ümid edirlər".
Tural