Vüqar Həşimovun atası vəfat etdi

Vüqar Həşimovun atası vəfat etdi
08 Yan 2025 15:06

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Bu barədə News365.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.


Youtube kanalımız