Rusiya Silahlı Qüvvələrinin əsgərləri "Donetsk Xalq Respublikası"nın (DXR) Kuraxovo kəndinin qərbində 18 ukraynalı hərbçini əsir götürüblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Nazirliyin məlumatına görə, “Cənub” qoşun qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin (VSU) iki mexanikləşdirilmiş və bir aeromobil briqadasının Seversk, Beloqorovka, Çasov Yar, Vasyukovka və Yantarnoye yaşayış məntəqələri ərazilərindəki birləşmələrinə güclü zərbələr endirib. Onlar daha sərfəli xətləri və mövqeləri tutublar. Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin hücum qruplarının üç əks hücumu dəf edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna qoşunları 280-dən çox hərbçisini itirib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 46-cı aviasiya briqadasının 18 əsgəri əsir götürülüb.
Həmçinin, Rusiya Silahlı Qüvvələri bir tank, bir piyada döyüş maşını, ABŞ istehsalı olan M113 zirehli transportyoru, yeddi pikap, iki artilleriya qurğusu və bir sursat anbarını məhv edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural