Rusiyanın Novosibirsk bölgəsinin Tolmaçevo hava limanında qiymətli metalların qanunsuz dövriyyəsi ilə məşğul olan iki əcnəbi saxlanılıb. Bu barədə "MVD Media" məlumat yayıb.
İlkin məlumatlara görə, hər iki şəxs İrkutsk vilayətində şaxtada işləyirmiş. Onlar burada qızıl və gümüş oğurlayıblar və sonra Novosibirskə gediblər. Təqsirləndirilən şəxslər Novosibirskdən baqajlarındakı qiymətli metallarla birlikdə vətənlərinə uçmağı planlaşdırıblarmış.
"Ümumilikdə əcnəbilərin üzərində iki kiloqrama yaxın qızıl və digər qiymətli metal aşkar edilib. Şübhəlilər bunun bir hissəsini çamadanın qulpunda, qalanını isə qəhvə qabında gizlədiblər.İlkin hesablamalara görə, oğurlanmış malların dəyəri 16 milyon rublu ötüb", - Daxili İşlər Nazirliyi bəyan edib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda hər iki şəxs həbsdədir.
Tural