Polis 62 şübhəlini saxladı: 38 nəfər axtarışda olub

Polis 62 şübhəlini saxladı: 38 nəfər axtarışda olub
10:31

Polis 62 şübhəlini saxladı: 38 nəfər axtarışda olub

News365.az xəbər verir ki, oktyabrın 10-11-də ölkə ərazisində qeydə alınan 63 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Hesabat dövründə axtarışda olan ümumilikdə 38 nəfər saxlanılıb. Onlardan 16-sı borclu şəxs qismində axtarışda olub. Saxlanılan şəxslər aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada