Pezeşkianın Ermənistana səfər tarixi dəqiqləşib

Pezeşkianın Ermənistana səfər tarixi dəqiqləşib
13 Avq 2025 13:55

Ermənistan Baş naziri aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfərinin tarixini dəqiqləşdirib.

Bu barədə News365.az Ermənistan mediasına istinadən xəbər verir.

"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Ermənistan Respublikasına rəsmi səfəri avqustun 19-da həyata keçiriləcək", - idarədən bildirilib.

Qeyd edək ki, daha əvvəl Pezeşkianın Ermənistana avqustun 18-də səfər edəcəyi barədə məlumat verilmişdi.


Sizin reklam burada
Sizin reklam burada