Pentaqonun keçmiş məsləhətçisi: "Fəlakətli məğlubiyyətə uğradıq!"

Pentaqonun keçmiş məsləhətçisi: "Fəlakətli məğlubiyyətə uğradıq!"
22 Mar 2025 11:30

ABŞ və Avropa Ukraynada fəlakətli məğlubiyyətə uğradı. Bunu Rusiya mediasına müsahibəsində Pittsburq Universitetinin fəxri professoru, Dövlət Departamentinin və Pentaqonun keçmiş məsləhətçisi Maykl Brenner deyib.


“Onlar (ABŞ və Qərb – red.) çox böyük siyasi kapitala, maddi resurslara və sair məsələlərə investisiya yatırıblar. Təhlükədə olan məsələlərin vacibliyini şişirtdilər. İndi isə onlar fəlakətli məğlubiyyətə uğrayıblar", - Pentaqonun keçmiş məsləhətçisi qeyd edib.

Analitik hesab edir ki, məhz bu baxımdan ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll etməyə çalışır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada