“Paşinyanla kilsə arasında kəskin mübarizə daha da güclənib”- Politoloqdan şərh

“Paşinyanla kilsə arasında kəskin mübarizə daha da güclənib”- Politoloqdan şərh
10 İyn 2025 15:26

 “Paşinyanla Kilsə arasında kəskin mübarizə daha da güclənib”.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, son iki ildə Nikol Paşinyan iqtidarı ilə Erməni Apostol Kilsəsi arasında mübarizə daha da kəskinləşib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra da Paşinyan hökuməti ilə kilsə arasında ciddi fikir ayrılıqları müşahidə olunub. Hətta Paşinyanın istefası tələb olunan hərəkətin önündə kilsinın dəstəyi də olmuşdur.

Taleh Əliyev qeyd edib ki, Ermənistan dindar cəmiyyət olduğu üçün kilsə ölkədə güclü təsirə malikdir. Lakin hazırda Paşinyanın lehinə olan iki əsas amil mövcuddur: birincisi, dindar cəmiyyət üçün Qarəgin kompromatının ciddi nüfuzu var; ikincisi isə Rusiyanın Ermənistan daxilində sabit təsir dairəsi kimi kilsə və onun ətrafındakı qurumlar üzərindən fəaliyyət göstərməsidir.

Politoloq əlavə edib ki, 44 günlük müharibədən sonra Paşinyanın tərəfdarları “Yeni Ermənistan və Yeni Patriarx” hərəkatını yaradaraq kilsədə islahatlar aparılmasını tələb edirlər. Bu hərəkatın məqsədi Qarəginin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Taleh Əliyev Ermənistanı Qərb və Rusiyanın təsir mübarizəsinin poliqonu adlandıraraq, 2026-cı ildə keçiriləcək parlament seçkilərinin bu prosesin ən kritik mərhələsi olacağını vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada