“ABŞ Zəngəzur dəhlizinə nəzarəti Rusiya və Çin olmadan həyata keçirmək istəyir”- Politoloqdan şərh

“ABŞ Zəngəzur dəhlizinə nəzarəti Rusiya və Çin olmadan həyata keçirmək istəyir”- Politoloqdan şərh
16:36

Zəngəzur dəhlizi ətrafında geosiyasi maraqlar toqquşmağa davam edir. Politoloq Rəşad Bayramovun fikrincə, Rusiya, ABŞ və Çin bu dəhlizə müxtəlif baxış bucağından yanaşır və hər biri öz maraqlarını təmin etməyə çalışır.

News365.az-a açıqlamasında politoloq bildirib ki, Rusiya əvvəldən bu məsələdə açıq mövqe sərgiləyib:

“Rusiya deyir ki, əgər dəhlizə mənim nəzarətim olacaqsa, açılsın. Yox, əgər nəzarət kənar qüvvələrə veriləcəksə, ümumiyyətlə, bu dəhliz olmasın. Bu, Rusiyanın konkret yanaşmasıdır.”

Rəşad Bayramov qeyd edib ki, ABŞ isə Zəngəzur dəhlizinə daha geniş geosiyasi prizmadan yanaşır və bu layihəyə “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi kimi baxır:

“ABŞ istəyir ki, bu dəhliz üzərində nəzarət öz əlində olsun. Rusiya, hətta Çin belə bu prosesdə iştirak etməsin. ABŞ üçün əsas prioritet Orta Asiyanın Avropaya çıxış imkanını təmin etməkdir. Zəngəzur dəhlizi də bu baxımdan vacib həlqə hesab olunur.”

Politoloq həmçinin bildirib ki, bu fonda Ermənistanın Baş naziri Nikol Paşinyanı da müəyyən mənada başa düşmək mümkündür:

“42–400 km-lik dəhlizdən söhbət gedir, amma hər bir tərəf bu dəhlizdən fərqli maraqlarla çıxış edir. Paşinyan isə bütün bu təzyiqlərin arasında balans axtarmağa çalışır.”

Rəşad Bayramov həmçinin vurğulayıb ki, Çin də bu məsələdə öz strateji maraqlarını qorumağa çalışır. “Bir kəmər, bir yol” layihəsinin şimal yolu Rusiya–Ukrayna müharibəsinə, cənub yolu isə Yəməndə husilərlə baş verən münaqişəyə görə risk altındadır.

“Faktiki olaraq yalnız Orta dəhliz qalıb və bu səbəbdən Zəngəzur dəhlizi bir sıra qlobal güc mərkəzlərinin diqqətindədir”, – deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada