"Rusiyanın miqrantlara qarşı isterik davranışı onun imicinə ciddi zərbə vurur" - Tural İsmayılov

"Rusiyanın miqrantlara qarşı isterik davranışı onun imicinə ciddi zərbə vurur" - Tural İsmayılov
26 İyl 2025 17:30

"Rusiyanın miqrantlara qarşı isterik davranışı onun imicinə ciddi zərbə vurur"

Politoloq Tural İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu gün Rusiyada Azərbaycanlılara qarşı baş verən hadisələr təsiredicidir.  Rusiyanın Ukrayna müharibəsində uğursuzluğa düçar olması faktırı gücləndikcə sanki digər xalqlara qarşı davranışında qeyri adekvatlıq insiktinin çoxaldığını görürük. Bütövlükdə bu gün heç bir hüquqi yarqılanma olmadan, hələ məhkəmələrdə insanlar çıxarılmadan evlərinə lekal obyektlərin hücumlar etmək və bu hücumları ictimailəşdirmək və eyni zamanda miqrantlar ətrafında bu tip görüntüləri ictimai rəyində trendə salmaq, hesab edirəmki, böyük təəssüfedici məqamı özündə gizlədib.  Özəlliklə Azərbaycan kimi Rusiyaya qarşı sayqılı dövlətlərarası münasibətlərə, qonşuluq münasibətlərinə böyük hörmət göstərən Azərbaycana və eyni zamanda iqtisadiyyatına böyük töhfələr vermiş Rusiyada yaşayaraq Azərbaycanlı miqrantlara qarşı sayğısız və eyni zamanda qəbuledilməz addımların atılması Rusiyanın hansı səviyyədə isterikada olduğunu növbəti dəvə nümayiş etdirir. 

Bu vəziyyət təkcə Rusiya-Azərbaycan münasibətləri kontekstində deyil, həm də ümumi insan hüquqları və dəyərləri baxımından qiymətləndirilməlidir. Son hadisələr – insanlara qarşı yönəlmiş hücumlar və bu hücumların ictimailəşdirilməsi – Rusiyanın bəzi media və sosial media seqmentlərində qeyri-məqbul şəkildə təqdim olunur. Bu davranışlar tarixdə iz buraxacaq və hesab edirəm ki, Rusiya bu cür qeyri-adekvat addımları ilə öz imicinə ciddi zərbə vurur. Bu, Rusiya üçün heç də baş ucalığı gətirəcək bir hal deyil."


Sizin reklam burada
Sizin reklam burada