“Paşinyan–kilsə qarşıdurması artıq açıq fazaya keçib”- Politoloq

“Paşinyan–kilsə qarşıdurması artıq açıq fazaya keçib”- Politoloq
10 İyn 2025 15:11

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ölkə kilsəsi arasında yaranmış gərginlik təzə deyil, bu qarşıdurmanın əsası təxminən iki il yarım əvvəl qoyulub.

Bu barədə politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyanla kilsə arasında ilk açıq mübarizə mərhələsi məhz həmin dövrdə başlayıb:

“Artıq o vaxtdan bəri kilsə əlində olan bütün vasitələrdən istifadə edərək Paşinyanı nüfuzdan salmağa və əvəzində ‘Badrət Hərəkatı’na dəstək verməyə çalışırdı. Biz o dövrdən deyirdik ki, gec-tez Paşinyan bu məsələyə qarşı konkret mövqe sərgiləyəcək.”

Politoloq hesab edir ki, Ermənistan konstitusiyasına görə katolikosun və digər kilsə vəzifəlilərinin təyinatı baş nazirin səlahiyyətində olmasa da, dövlət başçısı olaraq Paşinyanın kilsəyə təsir göstərmək imkanları mövcuddur:

“Hazırda Paşinyanın tərəfdarları bu istiqamətdə konkret addımlar atacağını gözləyir.”

Elşən Mustafayev qeyd edib ki, Paşinyanın kilsəni Rusiyaya yaxın olmaqda ittiham etməsi artıq hiss olunmağa başlayıb və bu, ictimai fikirdə də öz əksini tapır:

“Baxmayaraq ki, bu kilsə formal olaraq müstəqildir və Vatikanla əlaqələri olub, son dövrlərdə mediada bu kilsənin bəzi dini nümayəndələrinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edildiyinə dair məlumatlar yer almağa başlayıb.”

Politoloq əlavə edib ki, Paşinyan bu qarşıdurmada məsuliyyəti artıq üzərinə götürür və siyasi baxımdan kilsəyə qarşı daha sərt mövqe nümayiş etdirməyə hazırlaşır.


Sizin reklam burada
Sizin reklam burada