“Paşinyan Ermənistanı dalan vəziyyətdən çıxarmaqda israrlıdır, amma maneələr var”
Siyasi şərhçi Taleh Əliyev bu sözləri News365.az-a şərh edib.
"Ermənistan kilsəsi ilə diaspor birləşərək çalışacaq ki, Nikol Paşinyanı bu siyasətindən, yəni qondarma soyqırımı iddiasından geri çəkilməyə və Azərbaycanla, Türkiyə ilə normal münasibətlər qurmağa təşviq etsin. Bununla da saxta avantürist erməni ideologiyasından imtina etməsinin qarşısını alsınlar. Lakin Nikol Paşinyanın son açıqlamaları bir daha göstərdi ki, o, həqiqətən də Ermənistanı hazırkı dalan vəziyyətindən çıxarmaqda israrlıdır. Ancaq kilsə və ölkədəki Rusiyaya bağlı olan “beşinci kolon” bu prosesdə Paşinyana mane olduğuna görə, o, bütün bu addımları eyni anda atmaqda çətinlik çəkir."- deyə vurğulayıb.