Azərbaycanla İran arasında nəqliyyat yolunun asanlaşdırılması: Politoloqdan şərh

Azərbaycanla İran arasında nəqliyyat yolunun asanlaşdırılması: Politoloqdan şərh
14:34

" Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bir neçə yol var ki, Naxçıvana bir istiqamət üzrə gedib-gələ bilərik. Bunlardan biri Gürcüstan vasitəsilə, digəri isə İran vasitəsilədir."

Politoloq Zaur Məmmədov bunu News365.az-a deyib. 

"Tranzit və ya nəqliyyat yolu kimi İranın şimalına çıxış əldə olunub. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan-Ermənistan arasındakı danışıqlarda Tehranın təkliflərindən biri İranın şimalında nəqliyyat yolunun asanlaşdırılması və gediş-gəlişin daha da sürətləndirilməsindən ibarət olub.

Buna görə də Mehdi Subhan açıqlama verərkən daha doğru olar ki, olduğu kimi bu açıqlamanı versin. Azərbaycan tərəfi də bu təklifi qəbul etdi ki, həmin yolun işlək olması, fasiləsiz olması və hərəkətin heç bir maneə olmadan, çətinlik yaradılmadan baş tutması barədə razılıq əldə olunub.

Amma bu o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etdi. Bu o demək deyil ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlara İran müdaxilə edə bilər."


Sizin reklam burada
Sizin reklam burada