Ruslar bir həftəyə 4 yaşayış məntəqəsini zəbt ediblər

Ruslar bir həftəyə 4 yaşayış məntəqəsini zəbt ediblər
15:19

Rusiya qoşunları qondarma Donetsk Xalq Respublikasının Drujba kəndini tutub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, cəmi bir həftə ərzində rus qoşunları "DXR" və Xarkov vilayətində dörd yaşayış məntəqəsini zəbt ediblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada