Peskov "Rus ev"inin bağlanmasından təəssüflənib

Peskov "Rus ev"inin bağlanmasından təəssüflənib
14:55

Rusiya Bakıdakı "Rus evi"nin bağlanmasına reaksiya verib.  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zaman deyib ki, bu məsələ prezidentl Vladimir Putin ilə onun azərbaycanlı həmkarı İlham Əliyevin quracağı təmas zamanı gündəmə gələ bilər.

O, deyib ki, Kreml bu qərara təəssüf edir: "Biz hesab edirik ki, bu, ikitərəfli təmaslar zamanı həll oluna bilən bir anlaşılmazlıqdır. Müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında bu məsələni qaldıracağıq. Biz yaxşı, ənənəvi münasibətlərimizi rəhbər tutaraq problemləri dialoq yolu ilə həll edəcəyik”.

Xatırladaq ki, fevralın 7-də Azərbaycan Bakıdakı "Rus Evi"nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.


Tural


Sizin reklam burada
Sizin reklam burada