Qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Qanunsuz ova cəhd edən şəxs saxlanılıb
14:50

Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Bu barədə News365.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidməti məluat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.


Sizin reklam burada
Sizin reklam burada