"Azərbaycandan olan oliqarxlar Rusiya cəmiyyətində kök salıblar". Bu sözləri qondarma "Donetsk Xalq Respublikasının" (DXR) birinci dövlət təhlükəsizliyi naziri, separatçı Andrey Pinçuk rəsmi Bakının Ukraynaya humanitar yardım göstərməsini şərh edərkən deyib.
Separatçı "nazir" belə hesab edir ki, tarixi vətəninə bağlı olan istənilən etnik biznesin kökü kəsilməlidir. O, azərbaycanlı oliqarxlara qarşı sanksiyalarla mübarizə aparmağı təklif edib.
Pinçuk bir qədər də irəli gedərək sərsəm şəkildə iddia edib ki, Azərbaycan Rusiyanın hücum etdiyi enerji obyektlərinin bərpası üçün Ukraynaya pullar köçürür.
Halbuki Azərbaycan Ukraynaya daim humanitar yardımlar göstərib.
Tural