MMA məşqçisi dəhşətli qəza törətdi -2 həkim ölüb

MMA məşqçisi dəhşətli qəza törətdi -2 həkim ölüb
15:55

Belqorodda qaydasız döyüş- MMA üzrə tanınmış məşqçilərdən sayılan Ramzan Hacımuradov ağır avtoqəza törədib. Shot Telegram kanalının yaydığı məlumata görə, o, BMW X7-ni idarə edərkən təcili yardıma çırpılıb.  

“BMW X7 Belqorodda tam sürətlə təcili yardım maşınına çırpılıb. İki qadın tibb işçisi dünyasını dəyişib. MMA məşqçisinin idarə etdiyi yolsuzluq avtomobili işıqforun qırmızı işığında 100 km/saatdan çox sürətlə hərəkət edirmiş”, - məlumatda deyilir.


Qeyd edilib ki, BMW-ni Murmansk vilayətində uşaq MMA üzrə məşqçi işləyən 28 yaşlı Ramzan Hacımuradov idarə edib. Qəza nəticəsində 38 yaşlı Olqa Lyubimova və 45 yaşlı Marina Parovışnik həlak olub: "Olqanın bir qızı, Marinanın isə iki oğlu var.u. Hacımuradov yol qəzası nəticəsində xəsarət alıb".

Tural


Sizin reklam burada
Sizin reklam burada