Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abulkadir Uraloğlu tikintisi başa çatan yolun açılışına gedərkən xidməti avtomobilini özü idarə edib. Yolda onu saxlayan polis əməkdaşı naziri tanımayıb. Uraloğlu ilə jandarma arasında yaşanan dialoq maraq doğurub.
News365.az xəbər verir ki, nazirə yaxınlaşan jandarma əməkdaşı əvvəlcə onu tanımayıb. Uraloğlu, "Yolun açılışını edəcəyik, icazə versəniz," deyə bildirib.
"Buyurun, keçə bilərsiniz" cavabını verən jandarma əməkdaşı daha sonra qarşısındakının nazir olduğunu anlayıb. Uraloğlu ilə jandarma arasındakı səmimi dialoq gülüş doğurub.