Mistik hadisə -Çay qəfil qırmızı rəngdə axdı -VİDEO

Mistik hadisə -Çay qəfil qırmızı rəngdə axdı -VİDEO
15:45

Peruda maraqlı hadisə baş verib. Çaylardan birinin suyu  gözlənilmədən parlaq qırmızı rəngə çevrilib. Bu barədə The Sun məlumat yayıb. 

Qeyd edilib ki, Lima sakinləri bölgə üçün vacib su mənbəyi sayılan Rimak çayının qırmızıya çevrildiyini müşahidə ediblər. Hadisə şahidləri gördükləri mənzərə ilə bağlı təəssüratlarını sosial şəbəkələrdə paylaşaraq, təəccüb və narahatlıqlarını ifadə ediblər.


Ətraf mühit üzrə ekspert Maria Anxelika Villasante hadisəni belə izah edib ki, suyun rənginin dəyişməsi bəzilərinin iddia etdiyi kimi mistik səbəblərlə bağlı deyil. Onun fikrincə, bu, sənaye obyektlərindən çaya daxil olan çirkləndirici maddələrin nəticəsidir. Yaxınlıqdakı Santa Eulalia çayı hövzəsində 30-a yaxın aktiv şaxta və tullantıları birbaşa Rimaka axıdan 500-dən çox drenaj borusu var.


Yerli su tədarükçüsü rəng dəyişikliyini təsdiqləsə də, bunun içməli suyun keyfiyyətinə təsir etmədiyini söylədi.



Tural


Sizin reklam burada
Sizin reklam burada