Ukrayna Milli Polisinin müstəntiqləri Rusiya general-mayorunun Çernobıl Atom Elektrik Stansiyasının (AES) qarət edilməsində şübhəli olduqlarını açıqlayıblar. Bu barədə aidiyyəti qurumun Telegram kanalında məlumat verilib.
Ukrayna polisinin verdiyi açıqlamaya görə, sözügedən şəxs radiokimyəvi təhlükəsizlik qüvvələrinin silahlanma və elmi araşdırmalar üzrə rəis müavini Aleksey Rtişevdir. İstintaq zamanı müşahidə kameralarından alınan 700 mindən çox video görüntü araşdırılıb. 100-ə yaxın şahid dindirilib yüzdən çox istintaq eksperimenti aparılıb.
Ukrayna tərəfi rusiyalı general-mayoru müharibə qanunlarını və qaydalarını pozma maddəsi üzrə cinayət törətməkdə şübhələnir, bunun cəzası 12 ilə qədər həbs ola bilər.
Tural