“Katolikos 2026-cı il parlament seçkilərinə qədər postunu tərk etməlidir”.
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində belə deyib.
“Seçkilərə qədər. Bu məsələni siyasiləşdirmək olmaz”, - deyə Simonyan “Vətəndaş müqaviləsi” partiyasının bu addımı seçkilərdə təsdiqlədikdən sonra baş verə biləcəyi barədə suala cavabında bildirib.
Spikerin fikrincə, bütün ermənilərin katolikosu II Qaregin hələ imkanı varkən istefa verməlidir:
“O anlamalıdır ki, vəziyyəti elə həddə çatdırmamalıdır ki, artıq alternativi qalmasın. Alternativi olduğu müddətdə bu qərarı özü verməlidir”.