“Paşinyan dəhlizin açılmasını gecikdirməklə Ermənistanın gələcəyini riskə atır”- Politoloq

“Paşinyan dəhlizin açılmasını gecikdirməklə Ermənistanın gələcəyini riskə atır”- Politoloq
03 Fev 2025 17:34

"Paşinyanın bu istiqamətdə atacağı addım eyni zamanda Ermənistanın öz maraqlarına da uyğundur."

Politoloq Oqtay Qasımov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanın dünya ilə iqtisadi əlaqələrini genişləndirmək üçün Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etməsi və ya yüklərini bu ərazilərdən daşıması zərurətə çevriləcək. Paşinyan da bunu nəzərə almalıdır.

Eyni zamanda, o anlayır ki, əgər Zəngəzur dəhlizinin açılması prosesi daha da gecikdirilsə, Azərbaycan üçün bu məsələnin əhəmiyyəti azalacaq. Belə olan halda, Ermənistan dalan vəziyyətində qalan bir dövlətə çevriləcək, Azərbaycan isə alternativ olaraq Zəngəzur dəhlizinə paralel şəkildə İran ərazisindən keçən yol vasitəsilə nəqliyyat imkanlarını genişləndirəcək."


Sizin reklam burada
Sizin reklam burada