Rusiya Federasiyası fevralın ortalarında Ukrayna münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb etməyi planlaşdırır. Bu barədə Rusiya mediasına müsahibəsində Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Rusiya fevralın ortalarında Ukrayna böhranı ilə bağlı iclas keçirməyi planlaşdırır”, - diplomat bildirib.
Fevralın 3-də Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bəyan edib ki, Çin tərəfi Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı müraciət alıb. Çin qurumun sədri olaraq görüşün fevralda baş tutmasını təmin edəcək. Tədbir fevralın 24-nə planlaşdırılıb.
Həmin gün ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında münaqişənin həllində böyük irəliləyiş əldə olunduğunu bildirmişdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural