"Ermənistanın yaratdığı saxta ritorika sülhə deyil, yalnız təxribatdır"- Şakir Ağayev

"Ermənistanın yaratdığı saxta ritorika sülhə deyil, yalnız təxribatdır"- Şakir Ağayev
03 Fev 2025 17:25

"Paşinyan yenə də məsələni uzatmağa çalışır və manipulyasiya edir."

Politoloq Şakir Ağayev bunu News365.az-a deyib. 

"O, beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, guya Ermənistan kommunikasiya və sülh prosesində maraqlıdır. Lakin əslində məqsədi Azərbaycanı günahkar çıxarmaq və beynəlxalq təzyiqi artırmaqdır. Azərbaycan isə qəti mövqeyini qoruyaraq bildirir ki, bütün proseslər beynəlxalq hüquq və suverenlik prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistanın yaratdığı bu saxta ritorika, sülhə deyil, yalnız təxribat və gərginliyin artmasına xidmət edir. Azərbaycan isə ədalətli mövqeyi ilə haqlı tərəf olaraq, real və davamlı sülhə nail olmağa çalışır."


Sizin reklam burada
Sizin reklam burada