Ruslar dörd yaşayış məntəqəsində irəliləyiblər - "DeepState"

Ruslar dörd yaşayış məntəqəsində irəliləyiblər - "DeepState"
10:20

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin bütün döyüş təmas xətti boyunca mövqelərinə təzyiq göstərməkdə davam edir. Onlar müəyyən nəticələr əldə ediblər. Bu barədə cəbhədəki cari məlumatları izləyən DeepState monitorinq layihəsi məlumat yayıb.

"Beləliklə, son 24 saat ərzində ruslar Donetsk vilayətinin 4 yaşayış məntəqəsində, xüsusən də Çasovıy Yarda uğur qazanıblar. Düşmən Çasovoy Yarda, Serebryanıda, Novoandreyevka və Nadejdinka yaxınlığında irəliləyib", - analitiklər bildirir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada