ABŞ-nin Daxili Təhlükəsizlik katibi, Markwayne Mullin İran milli komandasının futbol üzrə dünya çempionatını tərk etməsini alqışlayıb.
News365.az xarici mediaya istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında “Onların işinin bitməsinə və geri qayıtmayacaqlarına görə şadam” deyib.
Mullin əlavə edib ki, İran millisinin vizalarının ləğv edilməsinə nail olduqları üçün çox sevindiyini bildirib: “Bəlkə də bir-iki mahnı oxudum və ya sevinc rəqsi etdim. Onların geri qayıtmasına çox şadam, çünki məşğul olduğumuz komandalar arasında ən çox problemlə üzləşdiyimiz komanda məhz onlar idi.”