"Papa taxtdan əl çəkməyəcək!" -“Corriere della Sera”

"Papa taxtdan əl çəkməyəcək!" -“Corriere della Sera”
22 Mar 2025 13:10

Papa Fransisk ağır xəstə olmasına baxmayaraq taxtdan əl çəkməyəcək. Bunu “Corriere della Sera” qəzetinə müsahibəsində İnanc Doktrinası Dikasteriyasının pontifikinə və prefektinə yaxın olan Argentinalı kardinal Viktor Manuel Fernandes deyib.

“Mən onun imtina edə biləcəyini qətiyyən düşünmürəm. Bu dəqiqi belə olmayacaq", -  keşiş deyib.

Kardinalın sözlərinə görə, pontifik özünü fiziki cəhətdən yaxşı hiss edir, lakin danışmaq onun üçün çətinlik yaradır və onu uzun bir reabilitasiya gözləyir.

Xatırladaq ki, fevralın ortalarında 88 yaşlı Papa tənəffüs yolu infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi. Bu səbəbdən o, Slovakiyanın baş naziri Robert Fiço və CNN-in baş direktoru Mark Tompsonla görüşlərini ləğv etməli olub.



Tural


Sizin reklam burada
Sizin reklam burada