Pakistan Kəşmirə hücumla bağlı beynəlxalq araşdırmaya çağırır

Pakistan Kəşmirə hücumla bağlı beynəlxalq araşdırmaya çağırır
27 Apr 2025 14:51

Pakistan Cammu və Kəşmirdəki terror aktına qarşı irəli sürülən ittihamları əsassız hesab edərək beynəlxalq araşdırmanın aparılmasını istəyir.

Bunu Pakistan müdafiə naziri Xavaca Asif "RİA Novosti"yə müsahibəsində deyib.

"Pakistanın Baş naziri Şahbaz Şərif bu hadisə ilə bağlı beynəlxalq araşdırma aparılmasını təklif edib. Gəlin, Hindistanda, Kəşmirdə baş verən bu hadisənin günahkarı və icraçısının kim olduğunu öyrənək. Danışıq və ya iddiaların heç bir təsiri yoxdur. Pakistanın bu işə qarışdığına və ya bu insanların Pakistan tərəfindən dəstəklənməsinə dair bəzi dəlillər olmalıdır. Bunlar boş iddialardan başqa bir şey deyil".

Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmirin sərhəd bölgəsində atışma baş vermişdi. Nəticədə 26 turist həlak olmuş, daha iyirmiyə yaxın insan yaralanmışdı. Hindistan hadisəni terror hücumu kimi qiymətləndirib və Pakistanı günahlandırıb.


Sizin reklam burada
Sizin reklam burada