Hindistan qırıcıları çox güman ki, Çin istehsalı olan J-10C qırıcısının daşıdığı yeni PL-15E uzaqmənzilli raketi, həmçinin Pakistan-Çin birgə istehsalı olan JF-17 təyyarəsi ilə vurulub.
Bu barədə məşhur hərbi nəşr olan “Defence Express” məlumat yayıb. Saytın məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri mayın 6-dan 7-nə keçən gecə Hindistana hücum zamanı Hindistan Hərbi Hava Qüvvələrinə aid üç təyyarəni vurublar. Pakistan rəsmiləri isə beş qırıcının vurulduğunu iddia edir.
Döyüşlərdən sonra internetdə gövdə nömrəsi görünən təyyarə qalıqlarının fotosu yayılıb. Yayılan kadrlarsan belə aydın olur ki, söhbət 2016-cı il müqaviləsi əsasında Hindistan üçün istehsal edilmiş ilk tək oturacaqlı qırıcı- Indian Dassault Rafale-dən gedir.
Defence Express həmçinin yazıb ki, Hindistan Hərbi Hava Qüvvələrinin MiQ-29 və ya Su-30MKI təyyarələrinə aid ola biləcək Rusiya istehsalı K-36DM katapult oturacağının qalıları da aşkar edilib. Mütəxəssislərin daha az diqqətini isə raket parçaları cəlb edib: "Onların bəziləri yeni, Çinə aid uzun mənzilli hava-hava tipli raket olan PL-15-dir".
Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural