Skuter və velosiped sürənlərə ÇAĞIRIŞ

Skuter və velosiped sürənlərə ÇAĞIRIŞ
11:30

"İstər velosiped, istər skuter, istərsə də moped və motosiklet idarə etməyinizdən asılı olmayaraq, keçidlərdən istifadə edərkən siz də piyada sayılırsınız. Təəssüf ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar".

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunub ki, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada zolaqlarından istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər.


Sizin reklam burada
Sizin reklam burada