Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində “Honda” markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib.
News365.az xəbər verir ki, bununla bağlı sürücü dərhal 102-yə məlumat verib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törədən əvvəllər məhkum olunan Vüsal Hüseynov saxlanılıb.
Araşdırma aparılır.