Gələn il məzənnə necə olacaq? - AMB sədri açıqladı

Gələn il məzənnə necə olacaq? - AMB sədri açıqladı
12:50

"2027-ci ildə də Mərkəzi Bank pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaqdır. Qiymət sabitliyi balanslaşdırılmış və dayanıqlı iqtisadi artım üçün bundan sonra da zəmin yaradacaqdır. Növbəti ildə də pul siyasətinin mövcud rejim çərçivəsində həyata keçiriləcəkdir".

News365.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, məzənnə sabitliyi 2027-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək: "Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı növbəti ildə də dəstəkləyəcəkdir. 2027-ci ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin köməkçi əməliyyat hədəfi olaraq istifadə olunacaqdır. Pul bazarındakı qısamüddətli faizin faiz dəhlizi daxilində hərəkət etməsi üçün mövcud alətlərdən adekvat və çevik istifadə ediləcəkdir. Pul siyasətinin ötürücülüyünə faiz kanalının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Maliyyə sektorunun dərinləşməsi və maliyyə sabitliyin möhkəmlənməsi pul siyasətinin ötürülcülüyünə müsbət təsir göstərəcəkdir".


Sizin reklam burada
Sizin reklam burada