"Özbək "həkim"in əvəzinə bu şəxslər saxlanılsın"- Partiya sədrindən TƏKLİF

"Özbək "həkim"in əvəzinə bu şəxslər saxlanılsın"- Partiya sədrindən TƏKLİF
12:29

Xəbər verdiyimiz kimi Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.
Ekstrasens olduğu deyilən şəxs seansı 60 manata bioenerji və ya enerji terapiyası etdiyini bildirirmiş.

Təbii ki, bu məsələ ictimai rezonansa səbəb olub.Və sosial şəbəkələrdə bu cahillik nümunəsinə müxtəlif reaksiylara olub.

Ən maraqlı reaksiyalardan biri də REAL Partiyasının sədri Natiq Cəfərli tərəfindən olub. O, özünün sosial səhifəsində məsələyə belə münasibət bildirib:

“Xəbərlərdə oxudum ki, Özbəkistandan gəlib burada "müalicə" ilə məşğul olan bir "həkim" saxlanılıb. O, insanların üzünə, ağrıyan yerinə tüpürməklə, arada şillə-təpik vurmaqla, bağırıb-çığırmaqla "müalicə" edirmiş. Deyilənə görə yüzlərlə adam onun qəbuluna düşmək üçün hər gün növbəyə düzülürmüş, hər xəstədən 60 manat alırmış.

Belə baxanda tək onu niyə saxlayıblar ki?! Onun yanına gedənləri, gedənlərin oxudiğu məktəbin direkturunu, Misir Mərdanovu, indiki naziri, TV lərdə insanların beyinlərini yuyanları - hamısını 60 manat cərimə etmək lazımdır.

Üzünə tüpürəndə sağalacağına inananlar varmış, nə bilim vallah...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada