İsrail Hizbullaha zərbə endirib

İsrail Hizbullaha zərbə endirib
21:40

İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı növbəti zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr “Radvan” xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi obyektləri, eləcə də Livanın cənubundakı bir neçə silah anbarını hədəfə alıb.

Bəyanatda qeyd edilib ki, bu zərbələr Hizbullahın yaratdığı İDF heyəti və İsrail mülki şəxsləri üçün təhlükəni dəf etmək üçün həyata keçirilib.


Sizin reklam burada
Sizin reklam burada