Azərbaycan və Ukrayna mülki və kommersiya məsələləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.
News365.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən X hesabında yazıb.
"Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim. Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbəti addımları razılaşdırdıq", - Sibiqa bildirib.
O əlavə edib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.