Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.
News365.az xəbər verir ki, bu barədə A.Şükürova instaqram hesabında yazıb.
Onun iddiasına görə, bunun səbəbi keçmiş ərinin aliment ödəmək istəməməsi olub: “Bu gün Nəsimi rayon icra şöbəsinə getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. Bildirildi ki, uşaqlardan imtina edə bilərsən, amma aliment vermək məcburiyyətindəsən. Qarşı tərəf isə artıq heç bir şey söyləyə bilmədi. Dedi imtina edirəmsə, niyə aliment verməliyəm? Övladının yanında bunu söyləmək nə deməkdir? Uşaqdan alimentə görə imtina etmək nə deməkdir? Sadəcə, utanıram... Sonra da dostum görüşlə bağlı yığdı və o dedi ki, artıq uşaqları heç bir halda görmək istəmir”.
A. Şükürova uşaqlarının hər birinin səhhəti ilə bağlı problem olduğunu da bildirib: “Allah mənə o qədər güc versin ki, onları təkbaşıma sağaldım. Son nəfəsimə qədər uşaqlarımı atmayacağam. Axırda bu yollara da əl atdın. Allah cəzasını verir, verəcək...”
Qeyd edək ki, Aysel Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay illər öncə dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Onların bu evlilikdən əkiz oğlan övladı var.