Övladlarınızı onlayn oyunlarda kibertəhlükələrə qarşı məlumatlandırın. Bu cür oyunlar vasitəsilə uşaqlar bir sıra təhlükələrə məruz qala bilər:
News365.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial mediada yazıb.
Zərərli proqramlar oyunda "hədiyyə" kimi təqdim edilə, yükləndikdə fərdi məlumatlarınız ələ keçirilə bilər;
• Pulsuz oyun əşyaları kimi saxta reklamlar vasitəsilə təhlükəli linklərə yönləndirilərək, kart məlumatları oğurlana bilər;
• Saxta oyun hesabı yaradaraq fərdi məlumatlarınız ələ keçirilə bilər.
❗️Onların təhlükəsizliyi üçün:
• Oyun dostlarını tanıyın, yəni, övladınız oyunda kimlərlə ünsiyyət qurur?
• Ad, soyad, ünvan, telefon nömrəsi, kart məlumatları və s. kimi məlumatları paylaşmamağı bildirin;
• Şübhəli linklərə daxil olmamağı tapşırın.